2015.01.09

ATV+ yeni “Premium” tarif paketini təqdim edir!

Ötən ilin dekabr ayından ATV+ test rejimində 156 kanalın yayımına başlayıb. Abonentlərimiz “Premium” paketinə daxil olan əlavə 60 kanalı pulsuz izləyirdilər. Hazırda, texniki işlər uğurla yekunlaşdırılıb, sistem tam şəkildə qurulub və 14 yanvar tarixdən başlayaraq “Standart” tarif paketinin abonentləri üçün (9AZN) “Premium” paketinin yayımı dayandırılır. İndi istəyən hər kəs əlavə 60 kanala qoşulub və cəmi 15AZN aylıq abunə haqqı ödəməklə 156 kanal izləyə bilər.

Yeni tarifə digərindən keçmək və ya qoşulmaq olduqca asandır: 1. Müvafiq nominallı (9AZN və ya 15AZN) ATV+ ödəniş kartından istifadə etmək olar. 2. Və ya Onlayn-ödəmə, yaxud MilliÖn terminalı vasitəsilə tarif paketinin tam ödənişin daxil edə bilərsiniz (9azn və ya 15azn). Paketə qoşulduqdan sonra tarifin dəyişilməsi (“Standart” paketindən “Premium” paketinə və ya əksinə) 3 gün ərzində mümkündür.

Xatırladaq ki, 2014-cü ilin dekabrından "Standart" paketə 12 kanal əlavə olundu. Həmin pula indi 84 yox, 96 kanal izləmək mümkündür. "Standart" paketin aylıq abunə haqqı cəmi 9AZN təşkil edir. Yeni “Premium” paketi 60 tanınmış xarici kanallardan ibarətdir. Nəticədə, ATV+ müştəriləri, əlavə 6AZN ödəməklə, ayda cəmi 15AZN-ə 156 kanal izləyə biləcəklər.

ATV+ ən əsas üstünlüklərindən biri - simsiz qoşulma, hansı ki bizim xidmətimizi tez və rahat həyata keçirməyə imkan verir. Divarlarınızı yararsız hala salaraq, evinizin içərisinə kabel keçirməyə ehtiyac yoxdur. Tələb olunan yalnız: televizor, adi antenna, tüner və qoşulmaq üçün bir qədər Sizin vaxtınız.

5 fevral
TV 1000 Megahit HD
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq