ATV+ öz telefon mərkəzinin qoşulma sistemini təkmilləşdirdi!

2015-04-17

ATV+ öz abonentləri üçün xidmət keyfiyyətinin yaxşılaşdırılması üzərində işləməyə davam edir.

Belə ki, operator telefon mərkəzini nəinki genişləndirib, o həmçinin mərkəzə birləşmək üçün yeni sistem yaradıb. Hazırda abonent, qısa (012) 996 nömrəsinə zəng edərək, həm lazımi məlumatı əldə edə bilər və operatorla bir başa bağlanmadan öz balansını öyrənib və artıra bilər. Bunun üçün, sadəcə olaraq, smart və ödəniş kartlarının nömrələrini daxil etmək lazım olacaq.

Balansın yoxlama və artırılmasını həmçinin ATV+ veb səhifəsində etmək mümkündür.