2015.07.06

Kanallar test rejimində yayımlanır

Hörmətli abunəçilər!

Yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədilə apardığımız texniki işlərə görə kanallar test rejimində yayımlanır. Kanalların siyahısı və sayı bir qədər dəyişilib. Texniki səbəblərə görə Kanal D, TV 2, Samanyolu Haber, CNN Türk kanallarını əvəz etməli olduq. Hal-hazırda kanalların yayımının bərpası haqqında dəqiq məlumatımız yoxdur. Abunəçilərimizdən vaxtında məlumat vermədiyimizə görə və müvəqqəti narahatçılığa görə üzr istəyirik. Bu səbəbdən biz sizin üçün 1 iyuldan başlayaraq xarici kanalların sayını 156-ya qədər artırdıq, və aylıq abunə haqqını dəyişmədən saxladıq. Bir müddət ayda cəmi 9AZN-ə 156 xarici və 11 yerli pulsuz kanal izləmək mümkün olacaq. Bunun üçün siz sadəcə ayarları yeniləməli və kanalları yenidən axtarış etməlisiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, yaxın günlərdə, bəzi kanalların əvəzolunması və yerlərinin dəyişməsi mümkündür.

Əlavə suallar üçün siz (12) 996 nömrəsinə zəng vurub ATV+un telefon mərkəzinə və yaxud contact@atvplus.az elektron ünvanına yazaraq müraciət edə bilərsiniz.

Hörmətlə,

ATV+

23 sentyabr
TV 1000 Action
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq