2015.09.19
Qurban bayramında “ATV+”a pulsuz baxın!
Hörmətli abunəçilər!
İnnovativliyi və müştərilərinə diqqəti ilə hər zaman fərqlənən “ATV+”dan bütün abunəçilərinə Qurban bayramı münasibəti ilə maraqlı hədiyyə! Bu müqəddəs bayram müddətində “ATV+” müştərilərinin rəqəmsal görüntü və səs keyfiyyəti ilə izlədikləri 11 yerli və ödənişli paketə daxil olan digər kodlaşdırılımış xarici telekanallar da açıq, yəni pulsuz yayımlanacaq . Aksiyanın daha bir özəlliyi ondadır ki, bu fürsətdən hamı faydalana biləcək. Məsələn, əgər “ATV+” un abunəçilik xətti faktiki aktiv olan müştərisinin ödədiyi abunə haqqının müddəti 30 sentyabr tarixində bitirdisə, siz hədiyyə olaraq bizim kanalları əlavə 4 gün-yəni 4 oktyabr 23:59-dək pulsuz izləyərək, növbəti ödənişi məhz bundan sonra həyata keçirmək imkanı qazanırsınız.
Abunə kartları aktiv olmayan müştərilərimiz də bayram günlərində “ATV+” paketində təqdim olunan bütün kanalları pulsuz izləyə biləcəklər. Bunun üçün “ATV+” Cİ modulu və ya resiveri ilə təchiz edilmiş televizorunuzun axtarış sisteminə daxil olaraq, kanalları yenidən axtarışa vermək kifayətdir.
Xatırladaq ki, bu möhtəşəm kampaniya yalnız 24-27 sentyabr tarixlərini əhatə edəcək.
Xatırladaq ki, bu ilin 1 sentyabr tarixindən etibarən tamaşaçılar arasında aparılmış sorğu nəticəsində müəyyənləşdirilən 100 populyar xarici televiziya kanalı və açıq yayımlanan 11 yerli telekanal “ATV+” vasitəsi ilə rəqəmsal keyfiyyətlə abunəçilərimizə təqdim edilir.
“ATV+” olaraq hər birinizi Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, evinizə ruzi-bərək arzu edir, bayram günlərində istirahətinizin xoş və maraqlı keçməsini diləyirik!
Sevdiyiniz kanalları ATV+la izləyin!
Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.
Qoşulmaq