Bizimlə Paramount Comedy, MGM HD və Матч ТВ-ni izləyin!

2015-12-25

Texniki səbələr üznüdən “ATV+” televiziya operatorunun “Delüks” paketindəki “Бойцовский клуб”, “НТВ+ Киносоюз” və “HD Кино 2” kanalları əvəzlənəcək.

“ATV+” abunəçilərinin çoxsaylı xahişlərinə əsasən artıq sözügedən “Delüks” paketinə “Paramount Comedy”, “MGM HD” və “Матч ТВ”-ni əlavə etmişik.

“MGM HD”- yüksək təsvir keyfiyyətinə malik yayım siqnalı olan kino kanalıdır. İzləyicilər onun vasitəsi ilə müxtəlif janrlardan olan xarici kino və cizgi filmlərini izləyə bilər. Komediya, melodram, triller, fantastika, vestern janrından olan bu filmlər Hollivudun əfsanəvi «Metro Goldwyn Mayer» studiyasının istehsalıdır.

“Paramount Comedy”-əyləncəli televiziya kanalıdır. Bu kanalda siz dünya şöhrətli amerika studiyalarının populyar teleseriallarını izləyə, kinofilmləri və cizgi filmlərinə baxa bilərsiniz.

Матч ТВ – Rusiya Fedrasiyasında açıq yayımda olan idman və sağlam həyat tərzini təbliğ edən bu telekanal vasitəsi ilə siz idman və sağlamlıq haqda maraqlı proqramlara baxa, bu mövzuda lazımlı bilgilər əldə edə biləcəksiniz.

“ATV+” la gözəl seyrlər diləyirik!