ATV+ dan yeni fürsət: artıq sevdiyiniz kanalların həftəlik proqramı ekranlarınızda!

2016-01-18

Hörmətli abunəçilər!

«ATV+» un yeni funksiyasını sizə təqdim edirik. İndiyədək ATV+ vasitəsi ilə izlədiyiniz telekanalların yalnız 2-3 saat sonrakı proqramlar haqda məlumatının əldə edə bilərdiniz. Bundan sonra isə artıq bir həftəlik teleproqramını nəzərdən keçirmək imkanınız var. Artıq bu olduqca asan bir prossesdir.

Resiver istifadəçiləri üçün:

  • sadəcə istənilən kanalı seçin. Resiverin pultundakı «EPG» düyməsinə basın. Bu zaman həmən telekanalın 1 həftəlik proqramı ekranınızda görünəcək.

Cİ modul istifadəçiləri üçün:

  • əgər televizorunuz telekanalların elektron poroqramı funksiyasını dəstəkləyirsə, televizorunuzun pultunda «TV GUIDE» və ya «GUIDE» düyməsi var. Bu düyməyə toxunmaqla siz həftəlik proqram haqda məlumat əldə edə bilərsiniz. Xatırladaq ki, televizorun markası və modelindən asılı olaraq sözügedən düymə üzərindəki yazı fərqlənə bilər.

Nəzərə alın ki bəzi hallarda həftəlik teleproqramların ekranınıza yüklənməsi üçün bir neçə saniyə gözləmək lazım ola bilər.

Xatırladaq ki, saytımızda da Program bölməsində sizə təqdim etdiyimiz telekanalların proqramları yerləşdirilib.

Sevdiyiniz kanallara baxın! Həftə boyu nələrə baxacağınızı planlaşıdırın!