2016.01.27

Bəzi idman kanallarının əvəz olunması və adlarının dəyişilməsi

Hörmətli abunəçilər!

26 yanvar tarixində «Футбол 1 HD», «Футбол 2 HD», «Футбол 3 HD» və «Боец ТВ» kanallarının adları «Матч! Футбол 1 HD», «Матч! Футбол 2 HD», «Матч! Футбол 3 HD» və «Матч! Боец» adları ilə əvəz olundu.

«Спорт 1 HD» və «НТВ+Спорт Плюс» kanalları öz yayımlarını dayandırıblar. Onların əvəzində yeni «Матч! Арена HD» və «Матч! Наш спорт» kanalları efirə buraxılıb. «Матч! Наш Спорт» rusiya müsabiqələri və milli yığma oyunları nümayişi üçün, «Матч! Арена» isə əsasən tennis, gimnastika və qış idman oyun növləri üçün nəzərdə tutulub.

Bütün kanalların əks olunması üçün kanalların siyahısı yenilənməlidir.

Resiver istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra televizorun ekranında yenilənmə haqqında mesaj əks olunacaq. Siyahının yenilənməsi üçün zəhmət olmasa “OK” düyməsini seçin.

Ci modul istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra kanallar yenidən axtarışa verilməlidir.

Ətraflı məlumat üçün (012) 996 nömrəsinə zəng vurun və ya http://www.facebook.az/atvplus.az səhifəmizə yazın.

Sevdiyiniz kanalları izləyin!

23 sentyabr
Кинопремьера HD
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq