НТВ+ Теннис və НТВ+ Баскетбол kanallarının əvəz olunması

2016-01-29

Hörmətli abunəçilər!

«НТВ+ Теннис» və «НТВ+ Баскетбол» kanallarının bağlanması ilə əlaqədar bu kanallar yeni «Матч! Игра» və «Матч! Планета» idman kanalları ilə əvəz olunub.

«Матч! Игра» kanalının canlı yayımında dünya turnirləri təqdim olunur: Basketbol, voleybol, həndbol, tennis və digər idman növləri üzrə avropa klub turnirləri.

«Матч! Планета» telekanalının efirində ən reytinqli idman və proqramlar yayımlanır.

Bütün kanalların əks olunması üçün kanalların siyahısı yenilənməlidir.

Resiver istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra televizorun ekranında yenilənmə haqqında mesaj əks olunacaq. Siyahının yenilənməsi üçün zəhmət olmasa “OK” düyməsini seçin

CI modul istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra kanallar yenidən axtarışa verilməlidir

Ətraflı məlumat üçün (012) 996 nömrəsinə zəng vurun və ya https://www.facebook.az/atvplus.az səhifəmizə yazın.

Sevdiyiniz kanalları izləyin!