Abunə haqqının ödənişini artıq hesab.az portalı vasitəsi ilə həyata keçirə bilərsiniz

2016-03-30

ATV+ öz müştərilərinin rahatlığı üçün Golden Pay ödəmə sistemi ilə müqavilə bağlayaraq, aylıq abunəlik haqqlarının ödəmə üsullarını çoxaltdı. Artıq ATV+ abonentləri xidmətimizin abunə haqqını https://hesab.az portalına daxil olmaqla bank kartı vasitəsi ilə həyata keçirə bilərlər.

Bunun üçün https://hesab.az saytına daxil olaraq “TV” bölməsində “ATV+” işarəsini seçib, smart kartın 14 rəqəmli şifrəsini, ödənişin məbləğini və bank kartının müvafiq məlumatlarını daxil etmək lazımdır. Ödənişi https://hesab.az portalında qeydiyyatdan keçmədən də həyata keçirmək mümkündür.

Xatırladaq ki, abunəçilərimiz ödənişləri ATV+ ödəmə kartıyla, bank kartı vasitəsi ilə ATV+ saytından və MilliÖn terminalları vasitəsi ilə də həyata keçirə bilərlər.

Daha dolğun məlumat əldə etmək üçün bizim (012) 996 çağrı mərkəzimizə zəng edə və ya https://www.facebook.az/atvplus.az səhifəmiz vasitəsi ilə bizə müraciət edə bilərsiniz.

Xoş seyrlər diləyirik!