Yenilik: ATV+üçün ödənişləri “eManat” və “EasyPay” terminallarında edin!

2016-05-10

Yenilikçiliyi və xidmət keyfiyyəti ilə fərqlənən simsiz televiziya operatoru ATV+ müştərilərinin rahatlığı üçün daim yeni üsullar axtarır. Sizi sevindirəcək yeniliklərdən biri də budur ki, artıq abunəçilərimiz aylıq abunə haqqını eManat və EasyPay ödəmə terminalları vasitəsi ilə də həyata keçirə bilər.

Bu əməliyyatı reallaşdırmaq üçün siz ilk növbədə eManat terminalının monitorunda əsas menyunun “TV” bölməsində “ATV+” loqotipini seçirsiniz. İstifadə etdiyiniz ATV+ abunəlik kartının 14 rəqəmli nömrəsini daxil etdikdən sonra monitorda abunəçi haqda məlumatlar görünür. Əməliyyatı davam etdirmək üçün monitordakı bilgilərin dəqiqliyini- yəni pul ödəyəcəyiniz şifrənin sizə aid olub olmadığını dəqiqləşdirmək və təsdiqləmək lazımdır. Məlumatı təsdiqlədikdən sonra əməliyyatı tamamalamaq üçün zəruri məbləğdə əskinasları terminala daxil edirsiniz. Əməliyyat uğurla həyata keçdikdən sonra terminal sizin üçün qəbz çap edir.

Müştərilərin nəzərinə! Yaxşı olardı ki, bu qəbzləri növbəti ödənişi həyata keçirənədək saxlayasınız.

Onu da xatırladaq ki, ATV+ müştəriləri xidmətimizdən istifadə haqqı üçün ödənişləri ATV+ ödəniş kartları və plastik bank kartı vasitəsiylə ATV+ televiziya operatorunun internet saytından, hesab.az portalından, həmçinin MillÖn ödəmə terminallarından həyata keçirə bilərlər. Ödəmə qaydaları barədə daha dolğun məlumatları saytımızda əldə etmək olar.

Daha dolğun və dəqiq məlumat əldə etmək üçün siz (012) 996 telefon çağrı mərkəzimizə zəng edə, və ya https://www.facebook.az/atvplus.az səhifəmizə baş vura bilərsiniz.

Bizimlə sevdiyiniz telekanalları rahatlıqla izləyin!