Kanalların siyahısında dəyişikliklər baş vermişdir

2016-11-01

Hörmətli abunəçilər!

İstəklərinizi nəzərə alıb siyahıya yeni ARB Günəş uşaq kanalını əlavə etdik. Bundan başqa, TRT Avaz kanalın əvəzində TRT1 kanalı yayımlanır. Əvvəllər pulsuz paketə daxil olan TRT1 hal hazırda pullu paketə daxil olunub.

“ATV+” televiziya opertoruna qoşulduğunuz cihazdan asılı olaraq, kanalların yenilənməsi aşağıdakı qaydada həyata keçirilir:

  • Əgər istifadə edilən avadanlıq resiverdirsə, televizorunuzun ekranında yenilənmə ilə bağlı bildiriş görünəcək. Siz kanalların yenidən axtarışını təsdiqləmək üçün “OK” düyməsinə basmalısınız.
  • Əgər Cİ moduldan, istifadə edirsinizsə, televizorunuzun menyusuna daxil olaraq, burada adi qaydada kanalların yenilənməsi əməliyyatını həyata keçirməlisiniz.

Daha dolğun bilgi almaq üçün (012) 996 telefon çağrı mərkəzimizə zəng edə, atvplus.az saytına və https://www.facebook.com/atvplus.az səhifəmizə baş vura bilərsiniz.

Sevdiyiniz kanalları daim xoş əhvalda izləməyinizi diləyirik!