Dəstək

Balansı necə artırmaq mümkündür?

ATV + ödəniş kartı vasitəsilə

Bunun üçün:

  1. Satış nöqtələrinin birindən ATV+ ödəniş kartını əldə etmək lazımdır (şəhərin bir çox dükanlarından əldə emək mümkündür).
  2. Kartın PİN kodunu qeyd olunan 2 üsuldan biri ilə daxil etmək:
    1. ATV+ veb səhifənin “Ödəniş” bölməsində
    2. və ya (012) 996 nömrəsinə zəng edərək və “abunəçiyəm“ menyusunu seçərək =>smart kartın 14 rəqəmli kodu daxil etmək => “balansı artırmaq” seçmək.

Onlayn ödəniş – bank kartı vasitəsilə

Abunəçinin balansının onlayn vasitəsilə artırılması ATV+ veb saytında “Ödəniş” bölməsində mümkündür

Xidmətin təqdim olunma şərtləri:

  • xidmət həftənin 7 günü 24 saat ərzində açıqdır
  • Ödəniş üçün qəbul olunan kartlar - Visa, Mastercard
  • Abunənın birinci ayının onlayn ödəniş vasitəsilə odənilməsi mümkün deyil. Bu halda digər üsullardan istifadə edin. Onlayn ödəniş üsulu abunənin ikinci ayından mümkündür.
  • Onlayn ödənişlərin sayının limiti: gün ərzində - 3 dəfə, ay ərzində - 5 dəfə.
  • Onlayn ödənişlərdə balansdaki yekun məbləğ 250AZN limitini aşmamalıdır.

MilliÖn terminalları vasitəsilə

Abunəçinin balansını MilliÖn terminalları şəbəkəsilə artırmaq mümkündür. Bunun üçün abunəçinin kodunu qeyd etmək (smart kartın 14 rəqəmli nömrəsi) və məbləği terminala nağd şəkildə daxil etmək kifayətdir.

Məsləhət: Məbləğ balansınıza köçürülənədək qəbzi atmayın.

5 mart
Кинопремьера HD
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq