Dəstək
Ekranda əks olunan şəkil “Donur” və ya təhrif olunur


Əlamətlər:
Kanalları izləyərkən:
- Ekranda əks olunan şəkil periodik olaraq “donur”
- Ekrandaki şəkil periodik olaraq təhrif olunur
- Kanalları dəyişərkən gecikmə baş verir
Səbəb 1:
Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.
Problemin həlli:
- Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
- Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
- Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.
Səbəb 2:
Antennanın çıxışındakı signal zəifdir.
Problemin həlli:
Xarici antenna gücləndiricisini və ya aktiv antennanı quraşdırmaq.
Səbəb 3:
Aktiv antenna istifadə olunur lakin antenna gücləndiricisi sönükdür.
Problemin həlli:
Antenna üzərindəki antenna gücləndiricisinin elektrik indikatorunun statusunu yoxlamaq.
Səbəb 4:
CI modul nasazdır (Dekodinq sxemasında nasazlığın olması ehtimalı var).
Problemin həlli:
ATV+ servisinə müraciət etmək.
Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.
Qoşulmaq