Dəstək

Televizorun ekranında "Siqnal zəifdir və ya kodlaşdırılıb" yazısı əks olunur

Əlamətlər:

  1. Kanalların bir neçəsi (pullu və pulsuz kanallar) və ya hamısı yayımlanmır
  2. Televizorun ekranında "Siqnal zəifdir və ya kodlaşdırılıb" yazısı əks olunur.

DİQQƏT: Yazı televizorun markası və modelindən asılı olaraq fərqli ola bilər.

Səbəb 1:

Cihazın kontaktlarının “donması”.

Problemin həlli:

Cihazı söndürüb və yenidən yandırmaq. Ci modulu televizordan xaric edib və yenidən daxil etmək. Kanalları axtarışa vermək.

Səbəb 2:

Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.

Problemin həlli:

  1. Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
  2. Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
  3. Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.

Səbəb 3:

CI modul nasazdır.

Problemin həlli:

ATV+ servisinə müraciət etmək.

24 İyun
TV 1000 Megahit HD
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq