Dəstək

Televizorun ekranında “No Signal” yazısı əks olunur. Resiverin ekranında yazı yoxdur

Əlamətlər:

  • Kanalların heç biri yayımlanmır.
  • Televizorun ekranında "No Signal"/ "Siqnal yoxdur" yazısı əks olunur.
  • Cihazın ekranında əks olunan yazı: istifadəçinin hərəkətindən asılıdır.

DİQQƏT: Yazı televizorun markası və modelindən asılı olaraq fərqli ola bilər.

Səbəb 1:

Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.

Problemin həlli:

  1. Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
  2. Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
  3. Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.

Səbəb 2:

HDMI kabeli və ya resiverin HDMI interfeysi və ya televizorun HDMI interfeysi yararsızdır.

Problemin həlli:

  1. HDMI kabeli, resiverin və televizorun HDMI interfeysini yoxlamaq
  2. Zədə aşkar olunduğu halda ATV+ servisinə müraciət etmək.

Səbəb 3:

CVBS kabeli və ya resiverin CVBS interfeysi və ya televizorun CVBS interfeysi yararsızdır.

Problemin həlli:

  1. CVBS kabeli, resiverin və televizorun CVBS interfeysini yoxlamaq
  2. Zədə aşkar olunduğu halda ATV+ servisinə müraciət etmək.

Səbəb 4:

Resiver nasazdır.

Problemin həlli:

ATV+ servisinə müraciət etmək.

5 mart
TV 1000 Megahit HD
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq