ATV+ “Bakutel 2014” sərgisində təqdim edilib

2014-12-08

Televiziya operatoru ATV+ “Bakutel 2014” sərgisində ilk dəfə öz markasını nümayiş etdirib.

ATV XƏBƏR bildirir ki, uğurlu keçən tədbirdə operator “ITECA” təşkilatçılarının ən orijinal sertifikatını alıb. Sərgi zamanı ATV+ stendini 6000-dən çox insan ziyarət edib.

ATV+ öz abunəçiləri üçün yeni kanallar və əlverişli qiymətlər təklif edib. Yeni ilə qədər kanalların sayı 156-ya çatacaq və ümumi xərc ayda sadəcə 15 manat təşkil edəcək. Operator həmçinin “valideyn nəzarəti” funksiyasını da təqdim edir ki, bununla da valideynlər övladlarının baxdığı kanalların siyahısına nəzarət edə biləcək. ATV+ televiziya operatorunun digərlərindən əsas fərqi yayıma simsiz qoşulmasıdır.

Təqdim edilmiş xidmətlərdən əlavə, ATV+ tədbir proqramı da hazırlayıb. Sərgi zamanı “Ford Boyard” oyunu keçirilib və mükafatlar təqdim olunub. ATV telekanalı xüsusi olaraq teleşounun məşhur ulduzları Pastam və Paspartunu da tədbirə dəvət edib. ATV+ iştirakçıları və sərginin ziyarətçilərini məşhur insanlarla görüşdürərək sevindirib. Sərgi unudulmaz anlarla yadda qalıb.

Tədbirin keçirilməsində təşkilati və texniki dəstək “Azad Azərbaycan”ın texnologiya partnyoru olan “Encom Networks” şirkəti tərəfindən göstərilib.

ATV+ Azərbaycanda rəqəmsal efir televiziya yayım xidmətlərini təklif edən yeni televiziya operatorudur. Bir ilə yaxındır fəaliyyət göstərməyinə baxmayaraq, bu qısa müddət ərzində Abşeronda geniş auditoriya toplaya bilib.