Qoşulmaq üçün nə lazımdır?
ATV+a qoşulmaq üçün müqavilə bağlamaq və yaxud ərizə yazmağa ehtiyac yoxdur.
Lazım olan: cihazı əldə etmək və quraşdırmaq və yaxud ATV+a müraciət edib avadanlığın çatdırılma və quraşdırılmasını sifariş etmək.
Sərbəst qoşulmaq
- Almaq
- ATV+ un cihazını: resiver və ya CI modul. ATV+ cihazları. Resiver (90AZN), CI modul (40AZN)
- Antenna (antennanın seçimi evinizin yerləşməsindən asılıdır) - Aylıq ödəniş: 10AZN. Ödəniş üsulunu seçin. Əməliyyat abunə müddətinin birinci ayı üçün mövcud deyil
- Avadanlığın qoşulması. Necə qoşulmaq olar?
Avadanlığın çatdırılma və quraşdırılmasını sifarişi edin
Web səhifədə onlayn-ərizəni doldurun və yaxud qısa (12) 996 nömrəsinə zəng vurub "qoşulmaq" bəndini seçin. Sizinlə əlaqə saxlayıb, avadanlığı çatdırıb qoşacağıq!
Qoşulmaq üçün cihazı harada əldə etmək olar?
Qoşulmaq üçün cihazı supermarketlər, elektrik mallar və mobil cihazlar mağazalarında əldə edə bilərsiniz. 200-dən artıq satış nöqtələrimiz var. Satış nöqtələri.
Cihaz necə qoşulmalıdır?
Siz resiveri və ya CI modulu özünüz sərbəst qoşa bilərsiniz və ya texniklarımıza müraciət edə bilərsiniz. Avadnlıaqlara ətraflı təlimat əlavə olunur. Təlimat ilə ətraflı internet səhifəmizdə tanış ola bilərsiniz: Dəstək
(012) 996 qısa telefon nömrəsi ilə əlaqə saxlayaraq bizim texniklara müraciət edə bilərsiniz.
Aylıq ödənişi necə həyata keçirmək olar?
Xidmətin ödənişi – asandır. Sizin seçiminizdən asılı olaraq: onlayn-ödəniş, MilliÖn terminalları, ATV+ ödəniş kartı. Ödəniş üsulları haqqında ətraflı: Ödəniş
Balansı necə yoxlamaq olar?
Bunun üçün, siz (012) 996 nömrəsinə zəng edərək, “abunəçiyəm” seçib, smart kartın 14 rəqəmli kodunu daxil edərək balansı yoxlaya bilərsiniz. Həmçinin siz veb səhifənin “Ödəniş” bölməsində smart kartın 14 rəqəmli kodunu daxil edərək balansı yoxlaya bilərsiniz. Abunə müddətinin tarixinə fikir verin.
Ödənişdən sonra kanallar yayımlanmır.
Ödənişdən sonra kanallar yayımlanmadıqda, smart kartın aktivləşdirilməsi gərəkdir. Bunun üçün siz:
- (012) 996 nömrəsinə zəng edə bilərsiniz
- contact@atvplus.az yaza bilərsiniz
- www.facebook.com/atvplus.az yaza bilərsiniz
Aktivləşdirmə üçün bizə smart kartın 14 rəqəmli kodu lazım olacaq.
Məlumat üçün: Siqnalın kəsilməməsi üçün, ödənişi abunə müddətinin bitməsindən 2-3 gün öncədən həyata keçirmək gərəkdir. Həmçinin ödəniş zamanı, smart kartın avadanlığın içində və yanılı vəziyyətdə olması tövsiyə olunur.
Nəyə görə siqnal kəsilir?
Əksər hallarda, siqnalın kəsilməyi bu səbəblərdən olur:
- abunə haqqının gecikdirilməsindən*
- antennanın nasazlığından
- şəbəkə kabelinin çıxmasından
*Siqnalın kəsilməməsi üçün, ödənişi abunə müddətinin bitməsindən 2-3 gün öncədən həyata keçirmək gərəkdir. Həmçinin ödəniş zamanı, smart kartın avadanlığın içində və yanılı vəziyyətdə olması tövsiyə olunur.
Abunə haqqından artıq məbləği ödəmək mümkündürmü?
Bəli, mümkündür. Aylıq abunə haqqı silinir, və qalan məbləğ balansda saxlanılır. Balansı yoxlamaq üçün:“Balansı necə yoxlamaq olar?”
Ödənilib, lakin balans 0 AZN-dır.
Əgər aylıq abunə haqqı (10AZN) ödənilib, və balnas “0 AZN”dırsa, bu o deməkdir ki məbləğ silinib. Kartın aktiv olan tarixinə diqqət yetirmək vacibdir “Tarixədək aktivdir: ……”.
Əgər siz 10AZN-dən artıq ödəsəz, əsas məbləğ silinəcək, məbləğin qalan hissə isə balansda saxlanılacaq.
Ödəniş edilmədiyi halda nə baş verir?
Ödəniş dayandırıldığı zaman, yayım kəsilir. Ödəniş həyata keçirilən zaman, efir yayımı bərpa olunur.
Hansı hallarda smart kart yararsız ola bilər?
Kartın yararsız hala düşməməsi üçün avadanlıqdan tez-tez çəkmək və taxmaq tövsiyə olunmur.
Əgər problem yaranıbsa, bu halda (012) 996 nömrəmizə zəng vurub, müraciət edə bilərsiniz.