Yeni kanal paketi, yeni tarif!

2015-08-07

Hörmətli abunəçilər!

Sizi məlumatlandırırıq ki, 2015-ci ilin 1 sentyabrından kanalların sayı və abunə haqqı dəyişilir. ATV+ öz abunəçilərinə, 1 tarif paketində, bizim əhalinin istəyi əsasında seçilmiş 100 tanınmış xarici kanal təqdim edəcək. Bəzi kanallar bir neçə dildə yayımlanacaq. Üstəgəl, yerli 11 kanal pulsuz yayımlanacaq. Aylıq ödəniş 10AZN təşkil edəcək.

Bununla yanaşı ATV+ öz müştəriləri üçün xüsusi aksiyaya start verir. Belə ki 1 sentyabr 2015ci il tarixinədək bizə qoşulan bütün müştərilər ilin sonunadək (31 dekabr 2015) abunə haqqını 1 manat az, yəni 10 manat deyil, 9 manat ödəyəcəklər. 2016-cı ilin 1 yanvarından etibarən isə bu kateqoriyadan olan müştərilər üçün də aylıq ödəniş haqqı 10 AZN olacaq.

Əlavə sual yarandıqda hər zaman cavablandırmağa hazırıq.

Tel.: (12) 996 / contact@atvplus.az / www.facebook.com/atvplus.az