ATV+ kanallarının siyahısında dəyişikliklər

2016-01-25

Hörmətli abunəçilər!

HD formatında olan Azad Azərbaycan kanalının əlavə olunması ilə bağlı ATV+ kanallarının siyahısında bəzi dəyişikliklər baş vermişdir. Bütün kanalların əks olunması üçün kanalların siyahısı yenilənməlidir.

Resiver istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra televizorun ekranında yenilənmə haqqında mesaj əks olunacaq. Siyahının yenilənməsi üçün zəhmət olmasa “OK” düyməsini seçin.

CI modul istifadəçiləri üçün:

  • Kanalların siyahısı yeniləndikdən sonra kanallar yenidən axtarışa verilməlidir.

Ətraflı məlumat üçün (012) 996 nömrəsinə zəng vurun və ya https://www.facebook.az/atvplus.az səhifəmizə yazın.