“ATV+” da daha bir yenilik: “ATV kino”, “ATV musiqi” və “ATV+ sevis” xidmətinizdə

2016-05-03

“ATV+” müştərilərinin çoxsaylı xahişini nəzərə alaraq təqdim etdiyi pullu paketə daxil olan kanalların sayını artırdı. Artıq ATV+ abunəçiləri yalnız bizim xidmətin istifadəçiləri üçün yayımlanan “ATV kino” və “ATV musiqi” kanallarını izləyə bilərlər. “ATV+ servis” vasitəsi ilə müştərilərimiz bizə qoşulma və xidmətimizdən istifadə qaydaları ilə bağlı onları maraqlandıran məsələlər haqda ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin Eurosport 2, A Spor, TV1000 Premium kanalları da pullu paketimizdə yer alıb. Xatırladaq ki, kanalların sayı artsa da, paketin qiyməti dəyişməz olaraq qalır. Onu da qeyd edək ki, əlavə edilmiş kanalları izləyə bilmək üçün “ATV+” abunəçiləri kanalların siyahısını yeniləməlidirlər.

“ATV+” televiziya opertoruna qoşulduğunuz cihazdan asılı olaraq, kanalların yenilənməsi aşağıdakı qaydada həyata keçirilir:

  • Əgər istifadə edilən avadanlıq resiverdirsə, televizorunuzun ekranında yenilənmə ilə bağlı bildiriş görünəcək. Siz kanalların yenidən axtarışını təsdiqləmək üçün “OK” düyməsinə basmalısınız
  • Əgər Cİ moduldan, istifadə edirsinizsə, televizorunuzun menyusuna daxil olaraq, burada adi qaydada kanalların yenilənməsi əməliyyatını həyata keçirməlisiniz

“ATV+” müştəriləri 100 populyar xarici telekanala, “ATV+” un 3 kanalına, həmçinin rəqəmsal keyfiyyətli pulsuz paketimizə daxil olan 12 yerli telekanala baxa biləcəklər. Xatırladaq ki, “ATV+” paketinə daxil olan populyar telekanallardan 18-i HD formatındadır.

Müştərilərin rahatlığı üçün kanallarımız aşağıdakı qaydada çeşidlənib; kino kanalları, əyləncə kanalları, uşaq kanalları, idman kanalları, maarifləndirici kanallar və.s

Sizə təqdim etdiyimizi kanalların tam siyahısı ilə saytımızda tanış ola bilərsiniz.

Daha dolğun bilgi almaq üçün (012) 996 telefon çağrı mərkəzimizə zəng edə, atvplus.az saytına və https://www.facebook.com/atvplus.az səhifəmizə baş vura bilərsiniz.

Sevdiyiniz kanalları daim xoş əhvalda izləməyinizi diləyirik.

ATV+ zamanın nəbzi!