Əlamətlər
- Kanalların bir neçəsi (pullu və pulsuz kanallar) və ya hamısı yayımlanmır
- Televizorun ekranında "No Signal" yazısı əks olunur.
DİQQƏT: Yazı televizorun markası və modelindən asılı olaraq fərqli ola bilər.
Səbəb 1
Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.
Problemin həlli:
- Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
- Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
- Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.