Smart kartı CI modula daxil edin (şəkil 1). Şəkildə əks olunduğu kimi, CI modulu televizorun müəyyən slotuna daxil edin (şəkil 2). Smart kart və modul düzgün quraşdırıldığı halda, televizorun ekranında cihazın quraşdırılması haqqında xəbərdarlıq əks olunacaq («CAM inserted» - Yazı televizorun markası və modelindən asılı olaraq fərqli ola bilər).
Kanalların axtarışı
Menyuda “qoşulma >> rəqəmsal kanalların avtomatik axtarışı” bölməsni seçin. Kanalların axtarış üsulu televizorun model və markasından asılıdır. Kanalların axtarışı zamanı çətinlik yarandıqda televizorun ekspluatasiya üzrə təlimatından istifadə edilməsi tövsiyə olunur.
Smart kartın akrivləşdirilməsi
Cihazın quraşdırılmasından və abunə haqqını daxil etdikdən sonra, Siz istənilən, üzərində «Balansınızı yoxlayın. Ödəniş etmisinizsə hər hansı pullu kanalı seçin və 15-30 deqiqə gözləyin» mesajı əks olunan, pullu kanalını seçib həmin kanalı 15-30 dəqiqə ərzində dəyişməməlisiniz. Bu Sizin smart kartınızın aktivləşdirilməsi üçün vacibdir.