Ekranda əks olunan şəkil “Donur” və ya təhrif olunur

Əlamətlər

  • Kanalları izləyərkən ekranda əks olunan şəkil “donur”/təhrif olunur
  • Kanalları dəyişərkən gecikmə baş verir

Səbəb 1

Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.

Problemin həlli:

  1. Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
  2. Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
  3. Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.

Səbəb 2

Antennanın çıxışındakı signal zəifdir.

Problemin həlli:

Xarici antenna gücləndiricisini və ya aktiv antennanı quraşdırmaq.

Səbəb 3

Aktiv antenna istifadə olunur lakin antenna gücləndiricisi sönükdür.

Problemin həlli:

Antenna üzərindəki antenna gücləndiricisinin elektrik indikatorunun statusunu yoxlamaq.

Səbəb 4

Resiver nasazdır (Dekodinq sxemasında nasazlığın olması ehtimalı var).

Problemin həlli:

ATV+ servisinə müraciət etmək.