Əlamətlər
- Kanalların heç biri yayımlanmır.
- Televizorun ekranında "No Signal"/ "Siqnal yoxdur" yazısı əks olunur.
- Cihazın ekranında əks olunan yazı: istifadəçinin hərəkətindən asılıdır.
DİQQƏT: Yazı televizorun markası və modelindən asılı olaraq fərqli ola bilər.
Səbəb 1
Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.
Problemin həlli:
- Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
- Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
- Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.
Səbəb 2
HDMI kabeli və ya resiverin HDMI interfeysi və ya televizorun HDMI interfeysi yararsızdır.
Problemin həlli:
- HDMI kabeli, resiverin və televizorun HDMI interfeysini yoxlamaq
- Zədə aşkar olunduğu halda ATV+ servisinə müraciət etmək.
Səbəb 3
CVBS kabeli və ya resiverin CVBS interfeysi və ya televizorun CVBS interfeysi yararsızdır.
Problemin həlli:
- CVBS kabeli, resiverin və televizorun CVBS interfeysini yoxlamaq
- Zədə aşkar olunduğu halda ATV+ servisinə müraciət etmək.
Səbəb 4
Resiver nasazdır.
Problemin həlli:
ATV+ servisinə müraciət etmək.