Əlamətlər
- Kanalların bir neçəsi (pullu və pulsuz kanallar) və ya hamısı yayımlanmır
- Televizorun ekranında "No Signal" yazısı əks olunur.
- Siqnalın statusu*: "Х".
*Siqnalın statusu “İnfo” düyməsini seçərkən və ya kanala keçid alandan sonra ilk bir neçə saniyə ərzində televizorun ekranının aşağı sağ küncündə əks olunur.
Səbəb 1
Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.
Problemin həlli:
- Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
- Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
- Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.
Səbəb 2
Resiverin RF IN girişi zədələnib.
Problemin həlli:
- RF IN girişə antennanın kabelinın qoşulmasını yoxlamaq.
- Kabelin qoşulmasında hər hansı bir problem aşkar olunmadıqda ATV+ servisinə müraciət etmək.