Resiverin televizora quraşdırılması

Quraşdırılma

  1. Xarici və ya ev antenanızın kabelini resiverin arxa panelində yerləşən RFIN nişanəli girişinə qoşun. Resiverin modelindən asılı olaraq arxa panel fərqlənir.
  2. Əgər sizin televizorunuz HDMI kabelə qoşulmanı dəstəkləyirsə, həmin kabeli (komplektə daxildir) televizorun və resiverin müəyyən girişinə qoşun (şəkil 1).

Əgər sizin televizorunuz HDMI kabelə qoşulmanı dəstəkləmirsə, bu halda rəngləri nəzərə alaraq, RCA kabelini (“tülpan” ayrıca satılır) resiverin arxa panelindəki AV OUT və televizorun müəyyən tərəfində olan AV IN girişlərinə qoşun.

  1. Smart kartı resiverə daxil edin (komplektə daxildir) və resiveri toka qoşun. Resiverin yüklənilməsi üçün bir neçə saniyə gözləyin (şəkil 2). Resiverin modelindən asılı olaraq smart fərqli şəkildə taxılır.
  2. Resiverin pultunda “menu” düyməsini basın və qoşulma tipini seçin (bənd 2-yə bax). Məsələn, əgər qoşulma HDMI kabel vasitəsilə həyata keçirilirsə, HDMI seçməlisiniz.
  3. Ekranda dil seçimi menyusu əks olunacaq. Sizin üçün rahat olan dili seçin.

Kanalların axtarışı

Dil seçimindən sonra, menyuda “instalyasiya >> avtomatik axtarış” bölməsini seçin. Axtarışa başlamaq üçün resiverin pultu üzərində yuxarı sol tərəfdə olan qırmızı “audio” düyməsini seçin. Bir neçə saniyə gözləyin. Dəyişiklikləri yaddaşda saxlayın. Menyudan çıxmaq üçün pultun üzərindəki “exit” düyməsini basın.

Smart kartın akrivləşdirilməsi

Cihazın quraşdırılmasından və abunə haqqını daxil etdikdən sonra, Siz istənilən, üzərində «Balansınızı yoxlayın. Ödəniş etmisinizsə hər hansı pullu kanalı seçin və 15-30 deqiqə gözləyin» mesajı əks olunan, pullu kanalını seçib həmin kanalı 15-30 dəqiqə ərzində dəyişməməlisiniz. Bu Sizin smart kartınızın aktivləşdirilməsi üçün vacibdir.