Əlamətlər
- Ekranda əks olunan yazı: yazı yoxdur, qara ekran.
- Siqnalın statusu*: "ОК".
- Kanalların bir neçəsi (pullu/pulsuz kanallar) və ya hamısı yayımlanmır.
*Siqnalın statusu “İnfo” düyməsini seçərkən və ya kanala keçid alandan sonra ilk bir neçə saniyə ərzində televizorun ekranının aşağı sağ küncündə əks olunur.
Səbəb 1
Antenna düzgün quraşdırılmayıb və yaxud quraşdırılan yerdən boşalıb; kabel zədələnıb.
Problemin həlli:
- Antenna və kabel zədələnməmiş və ya bütöv olduqlarını yoxlamaq
- Antenna və kabeli zədələnmiş olduqları halda yeniləri ilə əvəz etmək
- Siqnalın teleqüllədən keyfiyyətli qəbul olunmasını təmin etmək üçün, antennanı optimal şəkildə quraşdırmaq.