Paketə qoşulma və paketdən paketə keçmə qaydaları

“İdman” paketinə (153 tv kanal-12 azn) necə keçməli?

Ödənişin əsas üsulları:

  • ATV+ saytında ödəniş bölməsinə ödəniş kartı ilə
  • e-Manat terminallarında nağd şəkildə
  • hesab.az platformasında onlayn ödəniş

Ödəmə sitemi vasitəsi ilə onlayn və ya terminal vasitəsi ilə ödəniş edən zaman

  • smart kartın nömrəsi daxil edilir
  • “İdman” paketi - 153 tv kanal - 12 azn” seçilir
  • 12 azn məbləğ yığılır və ödəniş həyata keçirilir

(!!) Diqqət, əgər ödəniş zamanı paketə keçid seçimi əks olunmursa, bu o deməkdir ki, seçdiyiniz platforma bizim xidmətləri ödəniş etmək üçün hələ ki dəstəkləmir.

ATV+ ödəmə kartı ilə ödəniş edən zaman

  • saytında ödəniş bölməsinə daxil olun
  • “Balansın yoxlanılması” qrafasına smart kartın nömrəsini daxil edin, bu zaman hal-hazırki status görsənəcəkdir
  • aşağıda ödəniş üsulunu seçin bölməsində “ATV+ ödəmə kartı” bəndində Paket seçimi “İdman - 153 tv kanal - 12 azn” opsiyası açılacaqdır
  • “İdman” paketini seçin, ödəmə kartının məlumatlarını daxil edin və ödəyin

(!) Ödəniş etdiyiniz zaman paketin dəyişdirilməsi opsiyası açılmırsa, bu ö deməkdir ki, son paket dəyişdirilməsində hələ 30 gün müddət keçməmişdir.

(!) Təkrar paketdən paketə keçid yalnız ilk keçiddən 30 gün sonra mümkündür.

Paketdən paketə keçid

Paketdən paketə keçid zamanı artıq ödənilmiş məbləğ smart kartın balansında qalacaq və sonrakı ayların ödənişində nəzərə alınaraq silinəcəkdir. Balansı asanlıqla saytın ödəniş bölməsində yoxlamaq olar.

  • Məsələn: Siz aktiv olan abunəçisiniz.Sizin cari ödənişinizin müddəti 10 günə bitir və Siz “İdman - 153 tv kanal - 12 azn” paketinə keçmək istəyirsiniz.
    Bunun üçün Siz seçdiyiniz paketə görə yenidən ödəniş etməlisiniz və bu zaman avtomatik yeni paketi izləyə bilərsiniz.
    Sizin mövcud ödənişinizə görə istifadə olunmamış 10 günün məbləği smart kartın balansında qalacaq və siz həmin məbləğdən sonrakı ayların ödənişi zamanı istifadə edə biləcəksiniz.
    Əgər siz təkrarən “Standart” paketə keçmək istəsəniz, bu son dəfə paketdən paketə keçiddən 30 gün sonra mümkün olacaq.

9, 10, 12 və 15 azn nominallı ATV+ ödəmə kartları ilə ödənişlər

ATV+ ödəmə kartları ilə ödənişlər saytın ödəniş bölməsi vasitəsi ilə həyata keçirilir.

Bunun üçün:

Balansın yoxlanılması bölməsində smart kartın üzərindəki 14 rəqəm daxil edilir, bu zaman hal-hazırda hansı paketə qoşulduğunuz görsənir, bundan sonra qoşulmaq istədiyiniz paket seçilir və ATV+ ödəmə kartının məlumatları daxil ediıir.

ATV+ ödəmə kartının nominalından (9, 10, 12 və 15 azn) asılı olmayaraq, balansınızda kifayət qədər məbləğ varsa, siz seçdiyiniz paketə keçə biləcəksiniz.

Ödəniş edən zaman paketin dəyərindən artıq məbləğ ödənilərsə, artıq məbləğ balansda qalacaq və o məbləğdən gələcək ayların ödənişində istifadə edilə bilərsiniz.

Məsələn: Siz “İdman - 153 kanal - 12 azn” paketinə qoşulmaq istəyirsiniz. Sizin smart kartın balansında 1 azn var. Siz ATV+ ödəmə kartı vasitəsi ilə 10 azn nominallıq kart yüklədiniz. Bu zaman smart kartın balansı 11 azn oldu. Bu zaman smart kart aktivləşməyəcək, çünki “İdman” paketinin aktivləşirmək üçün balansda 12 manat olmalıdır. Siz yenidən ATV+ ödəmə kartı ilə 10 azn nominallıq kart yüklədiniz. Balansda bu zaman 21 (1+10+10) azn olur. Bu zaman 12 azn silinizr və smart kart aktivləşir. Sizin smart kartın balansında isə 9 azn avans məbləğ qalır.

Smart kartın balansında qalan avans məbləğ gələcək ödənişlər zamanı, ödəniş edərkən bu məbləği nəzərə aldığınız halda silinəcəkdir. Balansı asanlıqla saytın ödəniş bölməsində yoxlamaq olar.