Azərbaycanda yeni TV-operator - ATV+!

2014-11-10

ATV+ Azərbaycanda simsiz rəqəmsal efir yayımı xidmətin təqdim edən yeni TV-operatordur. 1 ildən artıq fəliyyətinə baxmayaraq olduqca geniş əhatəsi var və demək olar ki bütün Abşerona rəqəmsal yayım xidmətin təqdim edir.

Rəqəmsal efir yayımı, ilk növbədə, yeni texnologiyaların tətbiqinə və efir yayımı sahəsində Azərbaycan vətəndaşlarına yüksək səviyyəli xidmətin təqdim olunması üçün yönəlib. Rəqəmsal efir yayımı ATV+ müasir DVB-T (Digital/VideoBroadcasting Terrestrial) standartlar əsasında aparılır.

ATV+ brendinin parlaq rəng palitrası, şirkətin əsas fəaliyyət istiqamətini, tələbkar televiziya tamaşaçılarının maraqlarına cavab verən müxtəlif və unikal kontent əks etdirir. Maraqlı konentlə yanaşı, biz yayım sahəsində yeni texnologiyaların tətbiqi uğrunda fəal çıxış edirik. Loqotipdə əks olunan "plus" işarəsi, ilk öncə, gücləndirilmə istiqaməti, artırmaq və yeniliyin və innovasiyaların tətbiqi deməkdir. Bizim istəyimiz, müştərilərimizin bizimlə hər vaxt plusda olmasıdır.

ATV+ ən əsas üstünlüklərindən biri - simsiz qoşulma, hansı ki bizim xidmətimizi tez və rahat həyata keçirməyə imkan verir. Divarlarınızı yararsız hala salaraq, evinizin içərisinə kabel keçirməyə ehtiyac yoxdur. Tələb olunan yalnız: televizor, adi antenna, tüner və qoşulmaq üçün bir qədər Sizin vaxtınız.

Artıq indidən ATV+ öz abunəçilərinə ən yaxşı yerli və xarici (türk, rus və avropa) kanalların təqdim edir. Hələlik abunəçilərimiz 95 kanalı (11-i pulsuz) qəbul edə bilərlər, lakin yaxın zamanda kanalların sayı 156-dək artırılacaq.

Yeni kanallarla yanaşı, yeni ildə abunəçilərimizi, Bakı şəhərində hər kabel TV operatorlarının öyünə bilməyəcək yeniliklərlə sevindirəcəyik.