Abunənin aktivləşməsi necə və nə zaman baş verir?

Abunənin aktivləşdirilməsi üçün sistem tərəfindən abunəçinin balansından 10AZN məbləğində (abunə haqqının aylıq qiyməti) vəsait silinir. Balansda kifayət qədər vəsaitlərin olmaması təqdirdə abunə aktivləşmir.

Abunə aktivləşdirildiyi andan 30 gün ərzində etibarlıdır.

Abunə müddətinin bitməsinə 2-3 gün qalmış balansda kifayət qədər vəsaitin olduğu halda abunəçinin balansından müvaviq məbləğ silinir və abunə müddəti uzadılır. Balansda vəsaitlərin kifayət qədər olmadığı halda abunə müddəti uzadılmır və abunənin müddətinin bitdiyi gün efir yayımı kəsilir.

Balansda kifayət qədər vəsait varsa. Məsələn:

Əgər sizin abunə olma müddətiniz 30.09.2015 tarixə kimidirsə, bu halda abunə olma müddətinin sonuna 2 gün qalmış (28.09.2015) avtomatik olaraq 10AZN (aylıq abunə haqqı) balansınızdan silinməlidir (balansda yetərli qədər vəsait olduğu halda). Vəsait uğurla keçdiyi halda abunə olma avtomatik olaraq reaktivləşəcək.Vəsaitin cari abunə olma müddətin bitməsindən əvvəl silindiyinə baxmayaraq (abunənin aktiv müddəti - 30 gün) növbəti abunə olma tarixi 01.10.2015 olacaq. Təsvir olunan ssenari çərçivəsində siqnal kəsilmir.

Balansda kifayət qədər vəsait yoxdursa. Məsələn:

Abunə olma tarixi 30.09.2015-ci ilə qədər olduğu halda və balans 10 AZN-dən (aylıq abunə haqqı) az təşkil etdiyi halda 28.09.2015 tarixdən (abunə olma müddətinin bitməsinə 2 gün qalmış) etibarən abunə olma müddətinin reaktivasiyası üçün balansdan aylıq abunə haqqı dəyərində vəsaitin avtomatik olaraq silinmə cəhdi baş verir. Hesabda kifayət qədər vəsait olmadığı halda aylıq abunə haqqının avtomatik silinmə əməliyyatı uğurla tamamlana bilməz və nəticədə abunə olma reaktivasiyası baş vermir.

02.10.2015 tarixdə hesabda artırılma baş veribsə və yeni balans 10AZN və artıq təşkil edirsə (aylıq abunə haqqı) bu halda vəsait avtomatik silinəcək və abunə olma həmin gün aktivləşəcək. Abunə olma müddətinin yeni tarixi 02.10.2015 hesab olunacaq. Beləliklə, abunə olma 01.10.2015-02.10.2015 müddətdə qeyri aktiv idi. Abunə olmanin qeyri aktiv zamanı siqnalın cihaza ötürülməsi baş vermir. Siqnalın ötürülməsinin bərpası üçün abunə kartının reaktivasiyası tələb olunur. Belə halların baş verməməsi üçün hesabın öncədən artırılması tövsiyyə olunur.

Qeydlər:

  • Aylıq abunə haqqının silinməsindən sonra, balansda qalan vəsait saxlanılır və gələn abunə haqqının ödəmə zamanı istifadə olunur. Məsələn, balans 2AZN təşkil edirsə gələn ayın ödəmə zamanı balansın 8AZNdək artırılması kifayət edir.
  • Balansda saxlanılan vəsaitin nağdlaşdırılması mümkün deyil.
  • Balansda vəsaitin “Dondurulması” mümkün deyil. Balansda məbləğ 10AZN və ya artıq təşkil edirsə, bu halda abunə olma müddətinin uzadılması məqsədilə vəsait avtomatik olaraq silinəcək. Balans 10AZN-dən az təşkil edirsə, bu halda vəsait balansda qalır (1 bəndə bax).
  • Balansın artırılması zamanı abunə aktivdirsə, bu halda daxil olan vəsait balansda qalır.