Abunə statusunun və balansın yoxlanılması zamanı, abunəçi abunənin aktiv olma müddətinin son tarixi və balans (hesabda vəsaitin qalığı) haqqında məlumat alır. Abunə aktiv olduğu halda onun aktiv olma müddətin bitmə tarixi hazırkı tarixdən çox olmalıdır.
Balansın yoxlama üsulları:
(012) 996 nömrəsinə zəng etməklə
- (012) 996 zəng etmək
- Mesajların lazım olan dildə səslənilməsi üçün “dil”i seçmək
- “Abunəçiyəm” menyusunu seçmək
- Smart kartın 14 rəqəmli nömrəsini daxil etmək
- “Balansı yoxlamaq” opsiyasını seçmək
ATV+ veb saytında “Ödəniş” bölməsi
Balansın yoxlama zamanı, “balans” qrafasında sizin hesabınızın vəsaitlərinin qalığı əks olunur, yəni abunə haqqının silinməsindən sonra qalan məbləğ. Əgər balansa 10AZN (aylıq abunə haqqı) daxil etdikdən sonra, balansda “0 AZN” əks olunursa, abunə müddətinin bitən tarixinə diqqət yetirin “Tarixədək aktivdir:__”. Əgər abunə müddəti uzadılıbsa, deməlı ödənişiniz uğurla başa çatıb. Balansda hər zaman qalıq məbləğ əks olunur.